Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "1 yaşından oğluma tək baxıram" deyən qadın müğənniyə Zaurun REAKSİYASI

"1 yaşından oğluma tək baxıram" deyən qadın müğənniyə Zaurun REAKSİYASI

2024-02-26 , 14:49

Zaur Kamal verilişinin qonağı olan Günel Məhərrəmovadan oğlu barədə soruşub.

Yenilik.az Titul.az-a istinadla xəbər verir ki, xanım ifaçı oğlunun çox ağıllı olduğundan ağızdolusu danışıb.
Aparıcı Güneldən övladını neçə yaşından tək böyütdüyünü soruşub. İfaçı "1 yaşından tək böyüdürəm. Allah məni heç kimə möhtac eləməsin", - deyə cavab verib.
Günelin sözlərinə Zaur "Günel zəhmətkeş xanımdı. Həmişə əziyyət çəkib. Həyat yoldaşı yoxdu, özü əziyyət çəkir. Şou-proqramlar, toylar, gecələr əziyyət çəkir ki, bir övladı, anası yaxşı yaşasın", - fikirləri ilə reaksiya verib.
Qeyd edək ki, Günelin 12 yaşında Əli adlı oğlu var. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.