Serdar Ortaç əlil arabasında görüntüləndi - VİDEO

Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Kadrlarda Ortaçın pərəstişkarları ilə foto çəkdirərkən arabadan çətinliklə durduğu və yeriyərkən əziyyət çəkdiyi, köməyə ehtiyac duyduğu görünür.
Qeyd edək ki, Serdar Ortaç son zamanlar paylaşımları və sözləri ilə gündəm olub. Bundan əvvəl o, canlı yayıma içkili çıxıb və həmkarı Tarkanı söyərək hər kəsi şoka salıb.
Xatırladaq ki, dağınıq sklerozla uzun illərdir mübarizə aparan ifaçı xəstəliyi ilə əlaqədar ayağının amputasiya oluna biləcəyini deyib.