Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Serdar Ortaç əlil arabasında görüntüləndi - VİDEO

Serdar Ortaç əlil arabasında görüntüləndi - VİDEO

Serdar Ortaç əlil arabasında görüntüləndi - VİDEO
2024-03-11 , 18:35

Uzun illərdir dağınıq sklerozdan əziyyət çəkən türkiyəli məşhur müğənni Serdar Ortaç son görüntüləri ilə pərəstişkarlarını məyus edib. Belə ki, məşhur ifaçı konsertindən əvvəl və sonra əlil arabasında hərəkət edib.

 
Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
 
Kadrlarda Ortaçın pərəstişkarları ilə foto çəkdirərkən arabadan çətinliklə durduğu və yeriyərkən əziyyət çəkdiyi, köməyə ehtiyac duyduğu görünür.
 
Qeyd edək ki, Serdar Ortaç son zamanlar paylaşımları və sözləri ilə gündəm olub. Bundan əvvəl o, canlı yayıma içkili çıxıb və həmkarı Tarkanı söyərək hər kəsi şoka salıb.
 
Xatırladaq ki, dağınıq sklerozla uzun illərdir mübarizə aparan ifaçı xəstəliyi ilə əlaqədar ayağının amputasiya oluna biləcəyini deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.