Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Keçmiş həyat yoldaşından Sərdara SƏRT CAVAB

Keçmiş həyat yoldaşından Sərdara SƏRT CAVAB

Keçmiş həyat yoldaşından Sərdara SƏRT CAVAB
2023-08-16 , 15:12

Türkiyəli məşhur müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı, ifaçının bir neçə gündür  gündəm olan sözlərinə cavab verib.

Qadınlarla bağlı sözləri böyük əks-səda doğuran 53 yaşlı Ortaç, qalmaqallı şəkildə ayrıldığı keçmiş həyat yoldaşı Chloe Loughnanı da hədəf almışdı. Məsələ ilə bağlı Loughnan da Serdar haqqında danışıb.
"Bərabərlik deyə-deyə bizə qarşı çıxdınız. İpləri bu qədər qadınlara verməyin, utanın, yazıq biz kişilərə", - deyə müğənni bildirmişdi.
O, Serdar Ortaça cavab vermək üçün türkcəsinin kifayət etmədiyini də deyib:
“Mən şərh vermək istəmirəm. Yəqin ki, şəxsi həyatında dediyi problem var. Bu mövzuda ona cavab verməyə türkcəm yetərli deyil, yoxsa çox gözəl cavab verərdim. O, tək mənə yox, bütün qadınlara qarşı sərt sözlər dedi”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.