Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Serdar Ortaçın keçmiş arvadı: "Qumarı məndən çox sevirdi"

Serdar Ortaçın keçmiş arvadı: "Qumarı məndən çox sevirdi"

Serdar Ortaçın keçmiş arvadı:
2023-08-29 , 15:58

Türkiyəli müğənni Sərdar Ortaçın keçmiş həyat yoldaşı Xloe Luqnan evlilikləri barədə danışıb.

Yenilik.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o müsahibəsi zamanı Serdar Ortaçın pis vərdişləri olduğunu deyib:
"Ondan ev, maşın istəməmişəm. Sadəcə geyimlərimi göndər dedim, onu da etmədi. Qumarı məndən çox sevirdi. Gizlicə zinət əşyalarımı götürüb, qumara qoyurdu".

Chloe Serdardan uşaq dünyaya gətirmək istəməsinin səbəbini də açıqlayıb.

“Hamı niyə uşağımızın olmadığını soruşurdu.İlk günlərimiz çox çətin keçib. Bəzən səhər oyanıb görürdüm ki, qumar oynamaq üçün Kiprə gedib. O vaxtlar mən tez-tez ailəmin yanına qayıdırdım, insanlar məni qınayırdılar. Heç kim düşünmürdü ki, bəlkə, bir səbəbi var. Bu barədə ailəmə dedim. Anam ən yaxın dostumdur, Türkiyəyə gələndə özü də gördü. Çox riskli həyat yaşayırdım, uşaq dünyaya gətirsəm, nə yaşayacağımızı bilmirdim, ona görə də övladım olmadı”.

Qeyd edək ki, irlandiaylı model Chloe Loughnan Serdar Ortaçla 2014-cü ildə evlənib 2019-cu ildə isə boşanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.