Zümrüd hirsləndi: “Murdarsınız, sizə yazığım gəlir”

Bədəlova onun haqqında yazılan xəbərlərin başlıqlarından narahat olduğunu və bundan sonra heç kimə müsahibə verməyəcəyini qeyd edib: "Bir də müsahibə üçün məni heç kim narahat etməsin. Murdarsınız! Yalan-dolan, əxlaqınıza uyğun başlıqlarla guya bomba iş görürsünüz. Sizə yazığım gəlir. Mənim dünya-aləm vecimə deyil. Allahım yaşayışımı da, ürəyimi də bilir. Çox şükür, həyatımdan məmnunam. Amma siz yanacaqsınız. Necə ki, yanırsınız. Qoyduğunuz başlıqlar kimi həyatınız da boşdur. O başlıqlarla, şərhlərlə qazandıqlarınız burnunuzdan gəlsin".