Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zümrüd hirsləndi: “Murdarsınız, sizə yazığım gəlir”

Zümrüd hirsləndi: “Murdarsınız, sizə yazığım gəlir”

Zümrüd hirsləndi: “Murdarsınız, sizə yazığım gəlir”
2024-05-17 , 14:37

"Bəzi iyrənc məxluqlara görə adam işindən diksinir. Məndən əl çəkin, gedin gündəminizi qurun".

Yenilik.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Zümrüd Bədəlova "Insatgram" hesabındakı paylaşımında yazıb.
Bədəlova onun haqqında yazılan xəbərlərin başlıqlarından narahat olduğunu və bundan sonra heç kimə müsahibə verməyəcəyini qeyd edib: "Bir də müsahibə üçün məni heç kim narahat etməsin. Murdarsınız! Yalan-dolan, əxlaqınıza uyğun başlıqlarla guya bomba iş görürsünüz. Sizə yazığım gəlir. Mənim dünya-aləm vecimə deyil. Allahım yaşayışımı da, ürəyimi də bilir. Çox şükür, həyatımdan məmnunam. Amma siz yanacaqsınız. Necə ki, yanırsınız. Qoyduğunuz başlıqlar kimi həyatınız da boşdur. O başlıqlarla, şərhlərlə qazandıqlarınız burnunuzdan gəlsin".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.