Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zümrüd müğənni olmaq istəyir

Zümrüd müğənni olmaq istəyir

Zümrüd müğənni olmaq istəyir
2023-04-19 , 11:39

Aparıcı Zümrüd Bədəlova müğənni olmaq yolunda irəliləyir.

Yenilik.az xəbər verir ki, bu barədə o, “Gül kimi şou”da danışıb.
Aparıcı Cavid Gülün suallarını cavablandıran Zümrüd ona gələn duet təklifləri barədə açıqlama edib:
“İnsanın həyatında depressiv anlar olur. Elə sıxıntılı günlərin birində efirdə dedim ki, müğənnilər var ki, sıxılanda ,üzüləndə gedirlər studiyaya o ki, var mahnı oxuyub, rahatlıq tapırlar, mənə də bir mahnı gəlsəydi ifa edərdim. Bu fikri də mənə Xalq artistlərimiz aşılamışdı ki, sən oxumalısan. Dedim, bu dəfə oxuyacağam Səhər efirdə bu sözü söylədim, axşama mənə mahnı göndərdilər. O qədər havalara girdim ki, mahnı da çox gözəl idi. Mən də ərinmədim, getdim studiyaya oxudum. Xanəndə Aytən Məhərrəmova mənə kömək etdi. Elə-belə oxudum, çıxdım. Sadəcə olaraq indi duet təklifləri gəlir onları dəyərləndirirəm”.
Zümrüd hətta əməkdar artistlərdən də iş birliyi təklifi aldığını da deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.