Nüşabə yeni doğulan nəvəsini "dollar yağışı"na tutdu — VİDEO

Demokrat.az xəbər verir ki, sənətçinin qızı Elnarənin qız övladı dünyaya gəlib. Nüşabə yeni doğulan nəvəsinin görüntülərini sosial şəbəkə hesabında yayımlayıb.
İfaçı ilk dəfə nənə olduğu üçün sevindiyi bildirib:
"Nənəlik hissini mənə yaşadan Allaha sonsuz təşöəkkürlər olsun. Nəvə övladdanda şirindir. Həyatıma gözəllik, dünyama rəng qatan və xoşbəxtlik qatan nəvəm, xoş gəldin... Adınla böyüyəsən, Selin balam. Atalı-analı, nənəli, balalı, sağlam xoşbəxt yaşa... Qədəmlərin mübarək olsun".
Kadrlarda Musayevanın nəvəsini "dollar yağışı"na tutduğu görüntülər yer alıb. O dollarla yanaşı nəvəsi Selinə qızıl qolbağda hədiyyə edib.
Xatırladaq ki, Nüşabə Musayevanın qızı ötən il türk vətəndaşı Oğuzhan Kaya ilə ailə qurub.
Sözügedən görüntüləri təqdim edirik: