Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nüşabə yeni doğulan nəvəsini "dollar yağışı"na tutdu — VİDEO

Nüşabə yeni doğulan nəvəsini "dollar yağışı"na tutdu — VİDEO

Nüşabə yeni doğulan nəvəsini
2024-06-14 , 18:02

üğənni Nüşabə Musayeva nənə olub.


Demokrat.az xəbər verir ki, sənətçinin qızı Elnarənin qız övladı dünyaya gəlib. Nüşabə yeni doğulan nəvəsinin görüntülərini sosial şəbəkə hesabında yayımlayıb.

İfaçı ilk dəfə nənə olduğu üçün sevindiyi bildirib:

"Nənəlik hissini mənə yaşadan Allaha sonsuz təşöəkkürlər olsun. Nəvə övladdanda şirindir. Həyatıma gözəllik, dünyama rəng qatan və xoşbəxtlik qatan nəvəm, xoş gəldin... Adınla böyüyəsən, Selin balam. Atalı-analı, nənəli, balalı, sağlam xoşbəxt yaşa... Qədəmlərin mübarək olsun".

Kadrlarda Musayevanın nəvəsini "dollar yağışı"na tutduğu görüntülər yer alıb. O dollarla yanaşı nəvəsi Selinə qızıl qolbağda hədiyyə edib.
Xatırladaq ki, Nüşabə Musayevanın qızı ötən il türk vətəndaşı Oğuzhan Kaya ilə ailə qurub.

Sözügedən görüntüləri təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.