Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Yarım saat və ancaq dollarla — Rəqsanədən etiraf 

Yarım saat və ancaq dollarla — Rəqsanədən etiraf 

Yarım saat və ancaq dollarla — Rəqsanədən etiraf 
2023-06-12 , 16:00

"Daha çox Rusiyada toylarda oluram. O toylar isə axşam saat 9-dan sonra başlayır və səhər saat 5-ə kimi davam edir. Bu proqramla yaşadığıma görə, artıq alışmışam". 


Yenilik.az
Bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Gül kimi şou" verilişində deyib.

Sənətçi bildirib ki, ilk gündən el şənliklərində qonorarı yalnız dollarla alır:

"Hazırda Rusiyada müharibə şəraitidir. Amma gedib gəlirəm. Efir üçün darıxdığıma görə Bakıya gəldim. Mən toy qonorarımı heç kimdən gizlətmirəm. Sənətə gəldiyim ilk gündən toylara yalnız dollarla getmişəm. Heç kim deyə bilməz ki, kimsə mənə manat və ya rus pulu verib. Dollar düşüb də, qalxıb da, fərq etmir, qonorarım dollarladır". 

Məclislərdə yarım saat çıxış etmədiyini vurğulayan Rəqsanə qiymətdə heç kimə endirim etmədiyini deyib: 

"Daha çox yəhudi dostlarımızın məclislərində iştirak edirəm. Elə ailələr var ki, 10 ildən çoxdur məclislərini idarə edirəm. Belə olan təqdirdə qonorar məsələsini nəzərə alıram. Yəni ayağımı bir başmağa dirəyib demirəm ki, bu pulu mənə verməlisiniz. Onların da qonorarımdan xəbərləri var. Elə dostlarım da var ki, onlarla heç zaman qonorar və qiymət söhbəti etmirəm. Amma aldığım qonorar necə idisə, indi də elədir". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.