"Nə istəyirlər, bu balamızdan?-Pərviz bilir, hara nə geyinmək lazımdır!"

Gülyaz Məmmədova fikrincə, Pərviz Qasımovun çox tənqid edilməsi yersizdir: "İndiki gənclər həyata tamam fərqli yanaşırlar. Əvvəla, bu adam həm xanəndədir, həm də idmançıdır. Tədbirlər, toylarda rastlaşmışıq. Onun zövqlü geyimlərinin şahidi olmuşam. Gözümüzün qabağında böyüyən bir uşaqdır. Mənim onunla heç bir ədavətim yoxdur. Səsini də dinləmişəm, dəyərləndirmişəm. Cəsarətini qiymətləndirmişəm. Axtarıb tapdığı mahnılar sevib-seçilən janrlardandır. Hər janrı oxumasını sevmişəm. Mən həmişə demişəm ki, muğam ifaçıları hər janrda gözəl oxumalıdırlar. Bu görüntüdə toydur. Toyda dostları, onu sevənlər çağırıb: "geyim önəmli deyil, gəl, oxu" da deyə bilərlər. Bu yaxınlarda bu sözü mənə də deyiblər. Təqdim elədiyi ifanı gözəl təqdim eləməsi yetərlidir. Nə istəyirlər, bu balamızdan?! Nə olar ki, tənqid atəşinə çox tutmayasınız?!"