Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Nə istəyirlər, bu balamızdan?-Pərviz bilir, hara nə geyinmək lazımdır!" 

"Nə istəyirlər, bu balamızdan?-Pərviz bilir, hara nə geyinmək lazımdır!" 

2024-05-02 , 17:05

"Hansısa teatrın səhnəsinə elə çıxsaydı, bu, böyük bir qəbahət olardı, onda tənqid də etmək olar, səhnənin geyimi, gözəlliyi var. Müğənni səhnəyə necə çıxsa, elə də yadda qalır".  Xalq Artisti, xanəndə Gülyaz Məmmədova Bodibildinq üzrə dünya çempionu olmuş Pərviz Qasımovun bir neçə gün öncə də, toyların birində idman geyimində  oxumasıyla bağlı da fikirlərini "Yenilik.az"-a danışarkən deyib. O, əlavə edib:Toy da bir səhnədir. Amma adı "toy"-dur. Toyda nə edirsən, qəbul olunur. "Heydər Əliyev adına Saray" , "Beynəlxalq Muğam Mərkəzi",  Mahnı Teatrı, "Flarmoniya"-nı, "Opera-Balet Teatrı"nın səhnəsi elə oxusaydı, irad tutula bilərdi. Bu səhnələrdə elə geyimdə təbii ki, qəbul olunmazdı. Amma bu, məclisdir, bəlkə, qonaq edib, bəlkə də, çatdıra bilməyib. İndi gənclər çox rahat geyinirlər. Amma Pərviz bilir hara nə geyinmək lazımdır. Onun muğam müsabiqələrində geyimləri məlum idi. Çox səliqəli geyinən oğlandır".


Gülyaz Məmmədova fikrincə, Pərviz Qasımovun çox tənqid edilməsi yersizdir: "İndiki gənclər həyata tamam fərqli yanaşırlar. Əvvəla, bu adam həm xanəndədir, həm də idmançıdır. Tədbirlər, toylarda rastlaşmışıq. Onun zövqlü geyimlərinin şahidi olmuşam. Gözümüzün qabağında böyüyən bir uşaqdır. Mənim onunla heç bir ədavətim yoxdur. Səsini də dinləmişəm, dəyərləndirmişəm. Cəsarətini qiymətləndirmişəm. Axtarıb tapdığı mahnılar sevib-seçilən janrlardandır. Hər janrı oxumasını sevmişəm. Mən həmişə demişəm ki, muğam ifaçıları hər janrda gözəl oxumalıdırlar. Bu görüntüdə toydur. Toyda dostları, onu sevənlər çağırıb: "geyim önəmli deyil, gəl, oxu" da deyə bilərlər. Bu yaxınlarda bu sözü mənə də deyiblər. Təqdim elədiyi ifanı gözəl təqdim eləməsi yetərlidir. Nə istəyirlər, bu balamızdan?! Nə olar ki, tənqid atəşinə çox tutmayasınız?!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.