Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Gülyaz Məmmədovadan Pərviz Qasımovu tənqid edənlərə sərt reaksiya

Gülyaz Məmmədovadan Pərviz Qasımovu tənqid edənlərə sərt reaksiya

Gülyaz Məmmədovadan Pərviz Qasımovu tənqid edənlərə sərt reaksiya
2024-05-07 , 09:30

"Bu məsələni niyə bu qədər niyə böyüdüblər?! Niyə?! Oxuya bilməz ki?! O, bayrağımızı çiyninə də salıb oxuya bilər. Bunu küçədə etmir ki... Sevincindən oxuyub və çox da gözəl alınıb. Gözəl də səsi var.  Tənqid olunası o qədər başqa işlər var ki...  Musiqiçilər, bayağı mahnılar, efirlərimizi korlayan , musiqilərimizi zədələyən mahnılar var. Onlar niyə tənqid olunmur? Məhz, bu gözəl balamız söz-söhbətə düşar olub".   

Bu sözləri "Yenilik.az"-a Xalq Artisti, xanəndə Gülyaz Məmmədova Bodibildinq üzrə Avropa çempionu olmuş xanəndə Pərviz Qasımovun sosial şəbəkələrdə bodibildinqçi stilində mahnı oxumasını əks etdirən görüntüsünün yayılmasına gələn tənqidlərə münasibət bildirərkən deyib. O, sözlərinə bu cür davam edib: "Pərviz Qasımov bizim gözəl xanəndəmiz, "Beynəlxalq Muğam Müsabiqəsi"-nin qalibidir. O, həm də gözəl idmançıdır. Bizim fəxrimiz, qürurumuzdur.  Onun o cür görkəmdə oxumasında heç bir qəbahət görmədim. Çünki o görkəmlə Azərbaycan adını dünyada təmsil edən oğlumuzdur. O, burada sevincindən muğam səsləndirib. Onun tənqid edilməsinə doğru yanaşmadım. Gözəl idmançı, gözəl muğamçıdır. Mən belə balalarımızla qürur duyuram".

İmamət İsmayıl Ədilbəyli

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.