Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Belarus Prezidenti öz təyyarəsi ilə Füzuliyə getdiFOTOVİDEO

Belarus Prezidenti öz təyyarəsi ilə Füzuliyə getdiFOTOVİDEO

Belarus Prezidenti öz təyyarəsi ilə Füzuliyə getdiFOTOVİDEO
2024-05-17 , 14:38

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.
Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə məlumat verildi.
Belarus mediasının xəbərinə görə, İlham Əliyev və Aleksandr Lukaşenko eyni avtomobildə marşrut boyu hərəkət ediblər. Azərbaycan lideri avtomobili özü idarə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.