Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi 

Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi 

Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi 
2023-06-13 , 13:43

Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də rəsmi qarşılanma mərasimi olub.

Yenilik.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Türkiyə və Azərbaycan Dövlət himnləri səslənib.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.