Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Lukaşenko Azərbaycana gəldi 

Lukaşenko Azərbaycana gəldi 

Lukaşenko Azərbaycana gəldi 
2024-05-15 , 21:00

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “BelTa” məlumat yayıb.
Bildirilib ki, Belarus lideri Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Prezidentlər müxtəlif sektorlarda ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini nəzərdən keçirəcəklər.
Dövlət başçıları Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda əməkdaşlığı da müzakirə edəcək və bir sıra ikitərəfli sənədlər imzalayacaqlar.
***
Mayın 15-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Aleksandr Lukaşenkonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.