Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Japarov Azərbaycandadır - Yenilənib

Japarov Azərbaycandadır - Yenilənib

Japarov Azərbaycandadır - Yenilənib
2024-04-24 , 12:50

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə yola düşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan prezidentinin Mətbuat xidməti yayıb. 
Bildirilir ki, Japarovun rəhbərlik etdiyi nümayəndə heyətinə 11 nazir və bir neçə dövlət rəsmisi daxildir. 
Xatırladaq ki, Qırğızıstanın dövlət başçısı aprelin 24-25-də Azərbaycanda səfərdə olacaq. O, Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Görüş zamanı iki və çoxtərəfli əməkdaşlığa dair aktual məsələlər müzakirə ediləcək. Japarovun, həmçinin Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirakı gözlənilir.
***
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Sadır Japarovu Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.