Yenilik.Az
www.Yenilik.Az » Dünya » ABŞ Belarusa qarşı yeni sanksiyalar tətbiq etdi: Lukaşenkonun təyyarəsi də siyahıdadır

ABŞ Belarusa qarşı yeni sanksiyalar tətbiq etdi: Lukaşenkonun təyyarəsi də siyahıdadır

ABŞ Belarusa qarşı yeni sanksiyalar tətbiq etdi: Lukaşenkonun təyyarəsi də siyahıdadır
2023-03-25 , 06:00

Amerika Birləşmiş Ştatları Belarusa və onun prezidenti Aleksandr Lukaşenkoya qarşı yeni sanksiyalar tətbiq edib.

Yenilik.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.
“Sanksiyalar 2020-ci ilin avqustunda keçirilən saxta prezident seçkilərindən sonra demokratik hərəkata və vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyalara cavabdır. Bu qərarlar həmçinin Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsində iştirakına görə ABŞ-nin Minsk rejimini məsuliyyətə cəlb etmək istəyini vurğulayır”, - deyə məlumatda qeyd edilib.
Sanskiyalar bir sıra fiziki şəxslərlə yanaşı həmçinin Belarus Mərkəzi Seçki Komissiyası, Belarus Avtomobil Zavodu və Minsk Avtomobil Zavoduna qarşı da tətbiq edilib.  
Eyni zamanda Belarus hökumətinə məxsus olan və Aleksandr Lukaşenko üçün prezident təyyarəsi kimi istifadə edilən “Boeing 737” təyyarəsi də sanksiyalar siyahısına daxil edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.