Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Bacım min modelə dəyər"

"Bacım min modelə dəyər"

2023-04-12 , 17:58

"Bir-birimizin paltarını heç vaxt geyinməmişik. Çünki səhnəyə bir çıxmışıq. Bəzilərini ehtiyacı olanlara vermişik, bəziləri isə qalır. Ən böyük arzumuz ev muzeyimizin olmasıdır. Bütün qazandığımız mükafatları ora qoymaq istəyirik".

Yenilik.az xəbər verir ki, bu sözləri xalq artisti Gülyanaq Məmmədova "Şou-xəbər"ə açıqlamasında deyib. Xanəndə ev muzeylərinin olmasını arzuladığını deyib. 
Xalq artisti Gülyaz Məmmədova da bacısının sözünü təsdiqləyərək, ən böyük arzusunun bu olduğunu deyib. Xanəndə daha sonra üzündəki dəyişikliklərdən danışıb: 
"Qulluq və mezoterapiya etdirirəm. Burnum olduğu kimidir. əməliyyat etdirməmişəm. Qorxuram. Allah nə verib odur. Süni gözəllik istəmirəm. Çəki alanda da idmanla atıram. Düzdür, hamı deyir, kökəlmək yaraşır. Amma səhnəyə yaraşmır. Pulumu nəğmələrimə xərcləyirəm. Ürəyin cavandırsa, üzün də cavandır".
Gülyaz daha sonra bacısının ünvanına təriflər yağdırıb. O, "Mənim bacım modeldir. Onun bir səhnəyə çıxmağı var ki, min modelə dəyər" sözlərini əlavə edib.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.