Ülvi Həsənli 565 min manatı belə mənimsəyibmiş
Ülvi Həsənli 565 min manat qanunsuz vəsaiti dost və qohumlarının adına sənədləşdirib.
Cinayət məsuliyyətinə cəlb edilmiş "Abzas Media" xəbər portalının rəhbərləri, həmçinin onlarla əməkdaşlıq etmiş şəxs və qurumların işi üzrə istintaq prosesi davam etdirilir. Aparılan təhqiqatlar zamanı portal rəhbərı Ülvi Həsənovun, baş redaktor Sevinc Abbasovanın və layihə koordinatoru Məhəmməd Kekalovun qanunsuz qrant vəsaitlərini realizə etmək üçün faydalandıqları mexanizmlər barədə yeni detallar üzə çıxıb.
Müəyyən olunub ki, xarici təşkilatlarla bağlanılan, dövlət qeydiyyatından yayındırılan və qeyri-leqal formada icra edilən qrant layihələri üzrə verilmiş maliyyə vəsaitləri fərqli məkanlarda nəğdləşdirilərək götürülüb. Bu layihələr üzrə hazırlanmış hesabat sənədlərinə baxış zamanı aydınlaşıb ki, Gürcüstanda fəaliyyət göstərən "TBC Bank", "Bank of Georgia" banklarında Ülvi Həsənovun adına açılmış hesablar üzərində böyük məbləğdə vəsaitlər dövr etdirilib. Məhəmməd Kekalovun da eyni banklarda hesab açaraq maliyyə dövriyyəsinə qatıldığı təsdiqlənib.
Onlar hesablarına daxil olmuş vəsaitləri bankomatlardan hissə-hissə, məsuliyyət yaratmayan məbləğlərdə nəqdləşdiriblər və Azərbaycana gətiriblər. Vəsaitin bir qismi Ülvi Həsənov və Məhəmməd Kekalovun özləri tərəfindən şəxsən götürülsə də, digər hissəsi onların qohumları və dostlarının adına sənədləşdirilib. İstintaq Ülvi Həsənov və Məhəmməd Kekalov tərəfindən belə qanunsuz prosesə cəlb edilmiş "dost və qohumların" siyahısını müəyyənləşdirib. Hazırda dəqiqləşdirmə işləri aparılır.
Təhqiqatlar zamanı o da bəlli olub ki, bəzi layihələr üzrə vəsaitlər Londonda adsız bank kartlarına yüklənilib və "Abzas Media" təmsilçilərinə verilib. London bankları üzərindən ötürülən vəsaitlərin nəğdləşdirilməsi üçün "Abzas Media" portalının rəhbər şəxsləri özlərinin ailə üzvləri, qohumları və dostlarının adlarından da istifadə ediblər. Qohum, dost və ailə üzvlərinin kartlarına köçürülən vəsaitlər Bakı şəhərində "Bank of Respublika", "Turan Bank", "Yapı Kredi Bank" və digər banklara məxsus bankomatlardan kiçik məbləğlərlə götürülüb. İstintaq prosesinin gedişində bütün bu əməliyyatları təsdiq edən sənədlər müəyyənləşdirilərək götürülüb.
565 min 665 manat vəsait nəğdləşdirilib, bir o qədər vəsait isə layihələndirilib
Təhqiqat prosesinin gedişində "Abzas Media" komandasını qanunsuz qrant vəsaitləri ilə maliyyələşdirən təşkilatların adları, həmçinin bu təşkilatlar tərəfindən ötürülən vəsaitin ümumi məbləği də müəyyənləşdirilib. Bəlli olub ki, Ülvi Həsənov və komandasına 2020-2023-cü illərdə USAİD tərəfindən bir tranş üzrə 30 min dollar vəsait verilib. Sonradan məbləğ artırılıb. Artırılmış vəsaiti çatdırmaq üçün USAİD-lə əməkdaşlıq edən "DT Global" təşkilatından istifadə edilib. "DT Global" üzərindən "Abzas Media"ya 98 min 600 avro vəsait ötürülb. "Milli Demokratiya Fondu" isə qeyd edilən dövr ərzində "Abzas Media" komandasına 55 min 350 dollar çatdırıb.
Siyahıda digər xarici donorların da adları keçir. 2020-2023-cü illərdə "Abzas Media" komandası üçün "Praqa Vətəndaş Cəmiyyəti" təşkilatı 50 min 600 dollar; "German Marshall Fondu"nun "Regional Əməkdaşlıq üzrə Qara Dəniz" təşkilatı 24 min 900 dollar; ABŞ-nin Azərbaycandakı səfirliyi 21 min 954 dollar; "İnternews" təşkilatı 12 min dollar; "People in Need" təşkilatı 11 min dollar; "Niderland Helsinki Komitəsi" 5 min avro; "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti" 4 min 110 avro; "Norveç Helsinki Komitəsi" 4 min avro; "Freedom House" təşkilatı 2 min 400 dollar; "Amerika Beynəlxalq Təhsil Şurası" 2 min 400 dollar; Almaniyanın Azərbaycandakı səfirliyi 1.500 avro; Fransanın Azərbaycandakı səfirliyi 700 avro vəsait ayırıblar. Ümumilikdə 113.910 avro və 210.794 dollar (565 min 665 AZN) məbləğində vəsait götürülüb. Bu vəsaitlərin alınmasına dair ödəniş sənədlərinin nüsxələri müəyyən edilib.
Amma xarici təşkilatların "Abzas Media" adına dövr etdirdikləri maliyyə vəsaitinin məbləği bununla yekunlaşmır. Təhqiqat zamanı 210.468 dollar və 77.815 avro məbləğində (təqribən 500 min manat) ilkin layihələndirilmiş qrant sənədləri aşkar edilib.
Məlumat üçün qeyd edək ki, "Abzas Media" üzərindən icra edilmiş bütün bu "qrant" layihələri Azərbaycanda qeydiyyatdan yayındırılıb, qeyri-leqal formada reallaşdırılıb. Layihələr üzrə maliyyə vəsaitləri Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilib, hüquqi prosedurlardan gizlədilib.
Külli miqdarda pul vəsaitinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə "Abzas Media" xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və maliyyə koordinatoru Məhəmməd Kekalov barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda müvafiq istintaq tədbirləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR

18 qrupda Xədicə İsmayılın missiyası...
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Zahid Oruc: “Sığorta şirkətlərindən şikayətlərin sayı...” - VİDEO
QHT sektorunda boşluqlar və ayrılan vəsaitlərin qaranlıq taleyi
Qərbin Cənubi Qafqazda məkrli siyasəti nəticə verməyəcək
İşdən çıxarılan Əhəd Abıyevin əmlaklarının ŞOK SİYAHISI
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Vəkillik institutunun güclənməsi kimləri və niyə təlaşa salıb? - ARAŞDIRMA
Sabahdan Azərbaycanda bu qaydalar QÜVVƏYƏ MİNİR
MİLLİ MEDİASİYA QANUNVERİCİLİYİNDƏ VƏ TƏCRÜBƏSİNDƏ İNFORMASİYA HÜQUQLARI: İLKİN ELMI YANAŞMA ÜZRƏ BƏZİ QEYDLƏR
Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər - İlham İsmayıl ŞOK detalları açıqladı
Mətanət Əsgərqızı şəhid ailələrini necə aldadıb?
Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib - FOTO - YENİLƏNİB
Anar Məmmədli bu təşkilatlardan 1 milyondan çox qrant alıb
Naxçıvanda nazirlikdə milyonlarla mənimsəmə — Talıbovların şirkətinin adı hallanır
"Veteran" İCRA BAŞÇILARI: Seçkilər bitdi, kimlər postunu tərk edəcək? - SİYAHI
İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ 2026-06-03 , 16:27
Zeynəb Xanlarova uzun aradan sonra belə görüntüləndi - FOTO 2026-06-03 , 16:26
Hiss Saçlarını qırxdırıb bu hala qoydu - Fotolar 2026-06-03 , 16:22
Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı 2026-06-03 , 16:15
Nəsrin botoks iddialarına cavab verdi 2026-06-03 , 16:06
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI 2026-06-03 , 16:03
Botoks etdirən qadının üzü bu hala düşdü – Foto 2026-06-03 , 15:55
Mehriban Abasquliyeva xəstəxanaya yerləşdirildi 2026-06-03 , 15:53
Xamenei və Tramp görüşəcək 2026-06-03 , 15:52
"Qurban bayramını qəbul etmirəm, ət yemirəm" - VİDEO 2026-06-03 , 15:48
Sibel Can evlənir - Toy Mayamidə olacaq 2026-06-03 , 15:35
Yelena Sidorenko ikinci dəfə ana oldu 2026-06-03 , 15:34
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir 2026-06-03 , 15:32
Məcburi köçkün statusu - Yenidən tənzimlənir 2026-06-03 , 15:31
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu 2026-06-03 , 15:28
“Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar” 2026-06-03 , 15:26
Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar 2026-06-03 , 15:25
Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi" 2026-06-02 , 18:12
Qayınata gəlinini evə çağırıb, kartını almaq istəyibmiş 2026-06-02 , 18:05
Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE 2026-06-02 , 17:57
Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı - VİDEO 2026-06-02 , 17:53
Prezidentdən Lalə Abdullayeva ilə bağlı SƏRƏNCAM 2026-06-02 , 17:38
Bank Respublika məhkəməyə verildi 2026-06-02 , 15:16
TƏBİB-də 6 rəhbər şəxs vəzifəsindən azad edildi - SİYAHI 2026-06-02 , 15:14
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 2026-06-02 , 15:08
İqtisadçıdan ADY rəhbərinə irad: “O planı kim qurmalı, tərtib etməlidir? Mən?” 2026-06-02 , 15:06
AAYDA Yeni Günəşlinin yollarına yamaq vurub getdi – Foto 2026-06-02 , 14:52
Leyla Əliyeva oğlu ilə toyda - Video 2026-06-02 , 14:50
Anar Bağırov Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib - FOTO 2026-06-02 , 14:48
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı 2026-06-02 , 14:47
"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab 2026-06-02 , 14:42
Əminə Şirin: "Mənim başıb xarabdır, qanım xarab deyil" - VİDEO 2026-06-02 , 14:37
Nüşabənin açıq-saçıq geyimi bəyənilmədi, söyüş yağdırdı - VİDEO 2026-06-02 , 14:33
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?" 2026-06-02 , 14:31
"İndi oğlanlar da kasıb qızla evlənmək istəmir" - VİDEO 2026-06-02 , 14:29
Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı - VİDEO 2026-06-02 , 14:14
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO 2026-06-02 , 14:08
“60 yaşı var…” – Tacir Şahmalıoğlu geyiminə görə tənqid olundu 2026-06-01 , 20:25
“Bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq” - Prezident 2026-06-01 , 20:22
“Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu” 2026-06-01 , 20:21
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-01 , 20:20
İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Donald Trampdan aldığı hədiyyəni göstərdi - VİDEO 2026-06-01 , 20:18
Tacir Şahmalıoğlu Bakıdan köçür 2026-06-01 , 20:11
“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin" 2026-06-01 , 20:11
“Qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız” 2026-06-01 , 20:05
“Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edibVİDEO 2026-06-01 , 16:06
Roza Zərgərli Kadırovla görüşdü - FOTOLAR 2026-06-01 , 16:05