Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "İstəyirəm o, mənim qızım olsun" - Video

"İstəyirəm o, mənim qızım olsun" - Video

2024-05-17 , 15:30

"Oğlum deyir ki, sənin kimi birini istəyirəm. Deyirəm ki, oğlum, onu haradan tapacam? Mənim kimisi yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova "Qonaqcanlı" verilişində deyib. Övladından danışan müğənni arzuladığı gəlin tipini açıqlayıb:
"İstəyirəm o, mənim qızım olsun. Gəlin nədir? Unudum ki, gəlindir. Qızımdır, evimdir, eşiyimdir. "Kadınsı" olsun. Mənim kimi sadiq, fədakar, cəfakeş, düzgün olsun. Qətiyyən onu qısqanmaram. Sadaladıqlarım olsa, ona canımı da verərəm. Mənim üçün bioloji tərəf, qan qohumluğu vacib deyil. Gəlin dediyiniz nə olsun qanımdan, canımdan deyil, qızımdır. Bizim istədiyimiz kimi biri olsa, o, mənim balamdır".
Qeyd edək ki, Xumar Qədimovanın bir oğul övladı var. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.