Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » TƏBİB-in vəzifəli şəxsi məzuniyyətdə olarkən vəzifəsindən azad edildi

TƏBİB-in vəzifəli şəxsi məzuniyyətdə olarkən vəzifəsindən azad edildi

TƏBİB-in vəzifəli şəxsi məzuniyyətdə olarkən vəzifəsindən azad edildi
2023-10-16 , 16:28

TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova vəzifəsindən azad olunub.

Musavat.com Qaynarinfo.az-a istinadən xəbər verir ki, Günəş Qədimova TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun müvafiq əmri ilə vəzifəsindən azad edilib.
Vüqar Qurbanovun digər əmri ilə bu vəzifə müvəqqəti olaraq Emin Xasiyev təyin edilib.
Günəş Qədimovanın vəzifəsindən azad olunması ilə bağlı saytımıza ilginc məlumat daxil olub. Belə ki, o, şəxsi işləri ilə bağlı məzuniyyətə gedib. Məzuniyyəti bitib geri qayıtdıqdan sonra vəzifəsindən azad olunduğunu bildirilib. Hətta xanım məmurun iş otağından kreslosu da götürülüb.
Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova Qaynarinfo-ya açıqlamasında bildirib ki, Günəş Qədimovanın əmək müqaviləsinə xitam verilib:
"Məzuniyyətdən geri qayıdandan sonra işdən azad olunması ilə bağlı məlumata gəlincə, elə bir şey yoxdur. Müqavilə müddəti başa çatdığı üçün vəzifəsindən azad edilib"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.