Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hikmət Hacıyev ABŞ-da bir sıra görüşlər keçirib

Hikmət Hacıyev ABŞ-da bir sıra görüşlər keçirib

Hikmət Hacıyev ABŞ-da bir sıra görüşlər keçirib
2024-05-17 , 14:28

Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir.
Səfər çərçivəsində prezidentin köməkçisi ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Gilchrist ilə görüşüb.
Görüşlərdə ikitərəfli münasibətlər, regional və qlobal təhlükəsizlik sahəsində mövcud vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.