Müğənninin biznesi batdı, borca düşdü

Müğənninin biznesi batdı, borca düşdü Müğənni Vüsal Əliyevin biznesi batıb. 
Yenilik.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, restoran işi bir neçə aydır dayanıb:
"Plansız şəkildə bu işdə daxil oldum. Dostum dəvət etdi, razılaşdım. 3 ildir var idi. Yoruldum, sənətimdən geri qaldım. Restoran çətin işdir. Müşahidə etdim ki, sənətimdən başqa işlə məşğul olmaq mənə uğursuzluq gətirdi. 2010-cu ildə də güclü ziyan etdim. Burada da güclü ziyanım oldu. İşləyə-işləyə ziyana düşdüm".
V.Əliyev borca düşdüyünü və onu ödəməyə çalışdığını əlavə edib. 
İfaçı daha sonra son vaxtlar ailəsində ağır itkilər yaşadığını deyib. O bildirib ki, qayınatası və dayısı dünyasını dəyişib. 

Geri qayıt