Müğənninin biznesi batdı, borca düşdü

Müğənni Vüsal Əliyevin biznesi batıb.
"Plansız şəkildə bu işdə daxil oldum. Dostum dəvət etdi, razılaşdım. 3 ildir var idi. Yoruldum, sənətimdən geri qaldım. Restoran çətin işdir. Müşahidə etdim ki, sənətimdən başqa işlə məşğul olmaq mənə uğursuzluq gətirdi. 2010-cu ildə də güclü ziyan etdim. Burada da güclü ziyanım oldu. İşləyə-işləyə ziyana düşdüm".
V.Əliyev borca düşdüyünü və onu ödəməyə çalışdığını əlavə edib.
İfaçı daha sonra son vaxtlar ailəsində ağır itkilər yaşadığını deyib. O bildirib ki, qayınatası və dayısı dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR