"Efirə yüz nəfər çıxırsa, onun doxsanına mən dəstək olmuşam" - Manaf

Yenilik.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “ATV”də yayımlanan “Rəngarəng” verilişində deyib.
“Bu gün efirə yüz nəfər çıxırsa, onun doxsanına mən dəstək olmuşam. Çünki o əziyyəti görmüşəm. Bilirəm ki, efirə çıxmaq üçün ürəyi gedir, düzüb-qoşmuşam. Birini hədiyyə ediblərsə, birini pulla ediblər. Yəni çox etmişəm. İkinci belə bir müğənni yoxdur. Peşman deyiləm. Bunu nəyəsə görə etməmişəm. Bilən də var, bilməyən də...”, - o deyib.