Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Efirə yüz nəfər çıxırsa, onun doxsanına mən dəstək olmuşam" - Manaf

"Efirə yüz nəfər çıxırsa, onun doxsanına mən dəstək olmuşam" - Manaf

2025-01-14 , 20:00

“Qorxmadan, çəkinmədən deyirəm. Heç kim çıxıb deyə bilməz ki, yadındadır, səni pulunla efirə çıxartdım? Belə bir kişi yoxdur. Halbuki “bərkgedənlərin” hamısı ilə bir yerdə otururduq, yeyib-içirdik. Bu boyda sənətçi dostlarım olub, gecə-gündüz bir yerdə yatmışıq, heç biri bir dəfə məni efirə çıxartmadı. Mənim bu səviyyəyə gəlib çıxmağımda böyük qardaşımın rolu olub...” 

 
Yenilik.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “ATV”də yayımlanan “Rəngarəng” verilişində deyib. 
 
“Bu  gün efirə yüz nəfər çıxırsa, onun doxsanına mən dəstək olmuşam. Çünki o əziyyəti görmüşəm. Bilirəm ki, efirə çıxmaq üçün ürəyi gedir, düzüb-qoşmuşam. Birini hədiyyə ediblərsə, birini pulla ediblər. Yəni çox etmişəm. İkinci belə bir müğənni yoxdur. Peşman deyiləm. Bunu nəyəsə görə etməmişəm. Bilən də var, bilməyən də...”, - o deyib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.