Qumral estetik əməliyyatlarının qiymətini AÇIQLADI

“Estetiklərimə pul xərcləməmişəm. Çox bahadır. Özüm estetik əməliyyatlarıma pul xərcləsəydim, 80 min manat vermiş olardım. Bir reklamdan sonra pasientlər məni bəyənib, il ərzində ard-arda həmin məkana gedirlərsə, görün nə qədər qazanc əldə olunur. Təkcə bədən şəkilləndirmə 15 min manatdır. Hazırda “Instagram”da bir post üçün bir dəfəlik reklam qiymətim min beş yüz manatdır. Şou-biznesə gəlməklə maraq qatmışam. Hər adam barədə bu qədər danışmırlar. Hara getsəm, məndən danışırlar”, - o bildirib.