Qumral estetik əməliyyatlarının qiymətini AÇIQLADI

Təranə Qumral və Musa Musayev cütlüyünün müğənni qızı Qumralın bu günə qədər etdirdiyi estetik əməliyyatlarının qiyməti sosial şəbəkələrdə müzakirə yaradıb.
“Estetiklərimə pul xərcləməmişəm. Çox bahadır. Özüm estetik əməliyyatlarıma pul xərcləsəydim, 80 min manat vermiş olardım. Bir reklamdan sonra pasientlər məni bəyənib, il ərzində ard-arda həmin məkana gedirlərsə, görün nə qədər qazanc əldə olunur. Təkcə bədən şəkilləndirmə 15 min manatdır. Hazırda “Instagram”da bir post üçün bir dəfəlik reklam qiymətim min beş yüz manatdır. Şou-biznesə gəlməklə maraq qatmışam. Hər adam barədə bu qədər danışmırlar. Hara getsəm, məndən danışırlar”, - o bildirib.
OXŞAR XƏBƏRLƏR