Zaur Rzayevin son durumu açıqlandı
“Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər”.Onun sözlərinə görə, atasının ürəyində problem aşkarlanıb:
“Hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Ürək əməliyyatının aparılıb-aparılmayacağı isə müalicənin gedişindən asılı olaraq müəyyən ediləcək”.
Qeyd edək ki, Xalq artistinin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.
