Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zaur Rzayevin son durumu açıqlandı

Zaur Rzayevin son durumu açıqlandı

Zaur Rzayevin son durumu açıqlandı
2025-07-15 , 22:22

“Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu “teleqraf.com”a açıqlamasında Xalq artisti Zaur Rzayevin oğlu, opera ifaçısı Azər Rzazadə deyib.
Onun sözlərinə görə, atasının ürəyində problem aşkarlanıb:
“Hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Ürək əməliyyatının aparılıb-aparılmayacağı isə müalicənin gedişindən asılı olaraq müəyyən ediləcək”.
Qeyd edək ki, Xalq artistinin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.