Efendinin vaxtilə şəhidlər haqqında dedikləri… – VİDEO
“SILK WAY STAR” müsabiqəsində Ermənistan təmsilçisinə 12 xal verməsi səbəbilə Azərbaycanda kütləvi tənqidlərin hədəfinə çevrilən müğənni Samirə Əfəndi sosial şəbəkələrdə yenidən müzakirə olunmağa başlayıb.Samirə həmin vaxt mükafatdan əldə ediləcək bütün gəliri Qarabağ müharibəsi şəhidlərinin övladlarına və Türkiyədə baş vermiş zəlzələ nəticəsində valideynlərini itirən uşaqlara bağışlayacağını bəyan etmişdi.
Sosial şəbəkə istifadəçiləri həmin görüntüləri yenidən paylaşaraq müğənninin həmin vaxtdakı addımını müzakirə ediblər.
