Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Efendinin vaxtilə şəhidlər haqqında dedikləri… – VİDEO

Efendinin vaxtilə şəhidlər haqqında dedikləri… – VİDEO

Efendinin vaxtilə şəhidlər haqqında dedikləri… – VİDEO
2025-11-28 , 11:55

“SILK WAY STAR” müsabiqəsində Ermənistan təmsilçisinə 12 xal verməsi səbəbilə Azərbaycanda kütləvi tənqidlərin hədəfinə çevrilən müğənni Samirə Əfəndi sosial şəbəkələrdə yenidən müzakirə olunmağa başlayıb.

Tribuna xəbər verir ki, internetdə 2023-cü ildə Türkiyədə mükafat aldığı “Altın Kelebek” mərasimindən olan çıxışının videosu viral olub. Kadrlarda sənətçinin səhnədə duyğulanaraq çıxış etdiyi görünür.
Samirə həmin vaxt mükafatdan əldə ediləcək bütün gəliri Qarabağ müharibəsi şəhidlərinin övladlarına və Türkiyədə baş vermiş zəlzələ nəticəsində valideynlərini itirən uşaqlara bağışlayacağını bəyan etmişdi.
Sosial şəbəkə istifadəçiləri həmin görüntüləri yenidən paylaşaraq müğənninin həmin vaxtdakı addımını müzakirə ediblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.