Azərbaycanlı müğənni 340 minlik maşını ilə görüntüləndi - VİDEO
Müğənni Arzu Mirzəyeva lüks avtomobili ilə görüntülənərək diqqət mərkəzinə düşüb.İfaçı açıqlamasında sənət fəaliyyətindən yaxşı qazanc əldə etdiyini də etiraf edib. O bildirib ki, gün ərzində dörd fərqli məkanda səhnəyə çıxır.
Arzu həmçinin şou xarakterli proqramlarda əsasən vaxt keçirmək və tamaşaçılarla ünsiyyətdə olmaq üçün iştirak etdiyini deyib. Müğənni əlavə edib ki, işləməyə ciddi ehtiyacı olmadığını düşünür.
Sənətçi şəxsi həyatı ilə bağlı da danışaraq çox gəzməyi sevmədiyini, işi olduqda evdən çıxdığını, proqramını tamamladıqdan sonra isə yenidən evə qayıtmağa üstünlük verdiyini bildirib.
Onun açıqlamaları və bahalı avtomobili sosial şəbəkələrdə maraqla qarşılanaraq müzakirələrə səbəb olub.
