İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında “Qurman Plyus” MMC-yə məxsus 15,8 ton müxtəlif növ ət və süd məhsulu, “Sun Food" MMC-yə məxsus ümumi çəkisi 22,54 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.