Yenilik.Az
www.Yenilik.Az » Ölkə » İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib
2023-04-04 , 17:56

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız müxtəlif növ qida məhsullarını məhv edib.

Yenilik.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında “Qurman Plyus” MMC-yə məxsus 15,8 ton müxtəlif növ ət və süd məhsulu, “Sun Food" MMC-yə məxsus ümumi çəkisi 22,54 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.