İrana müalicəyə gedənləri həkimlər casusluğa cəlb edirlər? - Audio

Səs yazısının sahibi qarşı tərəfə ehtiyatlı olmağı, mümkünsə İrana müalicəyə getməməyi tövsiyə edir.
Onun iddia edir ki, yeni həkimlər azərbaycanlı xəstələri “tələyə” salmağa, casusluğa clb etməyə çalışırlar.
Buna görə də İrana müalicə üçün gedən azərbaycanlılardan yeni və tanımadıqları həkimlərlə ünsiyyət qurmasının təhlükəli olduğu bildirilir.
Qeyd edək ki, iyunun 3-də Xarici İşlər Nazirliyi məlumat yayaraq Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini kəskin şəkildə tövsiyə edib.