Yenilik.Az
www.Yenilik.Az » Ölkə » İrana müalicəyə gedənləri həkimlər casusluğa cəlb edirlər? - Audio

İrana müalicəyə gedənləri həkimlər casusluğa cəlb edirlər? - Audio

İrana müalicəyə gedənləri həkimlər casusluğa cəlb edirlər? - Audio
2023-06-08 , 01:42

İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar yayılıb.

Yenilik.az xəbər verir ki, “Mouze“ teleqram kanalında bu barədə danışan bir nəfərin səs yazısı yayımlanıb.
Səs yazısının sahibi qarşı tərəfə ehtiyatlı olmağı, mümkünsə İrana müalicəyə getməməyi tövsiyə edir.
Onun iddia edir ki, yeni həkimlər azərbaycanlı xəstələri “tələyə” salmağa, casusluğa clb etməyə çalışırlar.
Buna görə də İrana müalicə üçün gedən azərbaycanlılardan yeni və tanımadıqları həkimlərlə ünsiyyət qurmasının təhlükəli olduğu bildirilir.
Qeyd edək ki, iyunun 3-də Xarici İşlər Nazirliyi məlumat yayaraq Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini kəskin şəkildə tövsiyə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.