Unun qiymətində kəskin azalma: Bəs, çörək niyə ucuzlaşmır?

Onun sözlərinə görə, dünya bazarında qiymətlər dəyişdikcə, bu, müəyyən intervalla daxili bazarda da qiymətlərə təsir göstərir:
“Çünki Azərbaycanda qiymətlər dünya bazarı qiymətlərinə həssasdır. Xüsusən də un və çörək qiymətləri. Unun maya dəyərində buğda xərclərinin xüsusi çəkisi 80 faiz üzərindədir. Birjalarda qiymətlər dəyişdikcə, bizə də təsir göstərir. İlin əvvəlində, xüsusən də aprel-may aylarında birjalarda unun tonunun qiyməti 200 funta qalxmışdı. İndi isə o qiymətlər stabilləşib 180-190 arasına düşüb. Bunun da təsirini hiss edirik. Düzdü, bu, o qədər də ucuz qiymətlər deyil. Pandemiya və ondan sonrakı Rusiya-Ukrayna müharibəsi dövrüylə müqayisədə indi qiymətlər çox enib. Unun ucuzlaşmasının isə çörəyi qiymətinə təsirini gözləmirəm”.