Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Unun qiymətində kəskin azalma: Bəs, çörək niyə ucuzlaşmır?

Unun qiymətində kəskin azalma: Bəs, çörək niyə ucuzlaşmır?

Unun qiymətində kəskin azalma: Bəs, çörək niyə ucuzlaşmır?
2024-08-16 , 12:00

Avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini 1 manatadək azaldıblar. Ötən ayla müqayisədə 0,7-1,3 manat azalma müşahidə olunur. Rəsmi məlumata görə, ölkədə hazırda 50 kl-lıq unun topdansatış qiyməti 26,1-27,8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26,8-28,5 manat, iyun ayında isə 28,3-29,5 manat təşkil edirdi.

Bakupost.az -a açıqlamasında iqtisadçı Xalid Kərimli unun qiymətinin düşməsinin dünya bazarında buğda qiymətlərinin dəyişməsiylə əlaqəli olduğunu bildirib.


Onun sözlərinə görə, dünya bazarında qiymətlər dəyişdikcə, bu, müəyyən intervalla daxili bazarda da qiymətlərə təsir göstərir:

“Çünki Azərbaycanda qiymətlər dünya bazarı qiymətlərinə həssasdır. Xüsusən də un və çörək qiymətləri. Unun maya dəyərində buğda xərclərinin xüsusi çəkisi 80 faiz üzərindədir. Birjalarda qiymətlər dəyişdikcə, bizə də təsir göstərir. İlin əvvəlində, xüsusən də aprel-may aylarında birjalarda unun tonunun qiyməti 200 funta qalxmışdı. İndi isə o qiymətlər stabilləşib 180-190 arasına düşüb. Bunun da təsirini hiss edirik. Düzdü, bu, o qədər də ucuz qiymətlər deyil. Pandemiya və ondan sonrakı Rusiya-Ukrayna müharibəsi dövrüylə müqayisədə indi qiymətlər çox enib. Unun ucuzlaşmasının isə çörəyi qiymətinə təsirini gözləmirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.