Vuçiç Bakıya gəldi
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycana işgüzar səfərə gəlib.Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiya liderinin rəsmi qarşılanma mərasimi baş tutub.
İki ölkənin dövlət bayraqlarının dalğalandığı məkanda ali qonağı Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Serbiya Prezidentinin səfər çərçivəsində forumda çıxışı və bir sıra ikitərəfli yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır.
