Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Vuçiç Bakıya gəldi

Vuçiç Bakıya gəldi

Vuçiç Bakıya gəldi
2026-05-17 , 11:30

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycana işgüzar səfərə gəlib.

Yenilik.az xəbər verir ki, ali qonağın səfərdə əsas məqsədi Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməkdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiya liderinin rəsmi qarşılanma mərasimi baş tutub.
İki ölkənin dövlət bayraqlarının dalğalandığı məkanda ali qonağı Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Serbiya Prezidentinin səfər çərçivəsində forumda çıxışı və bir sıra ikitərəfli yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.