“Bütün liderlər mənə Ermənistan haqqında suallar verirdilər” - Prezident

Onların bütün söhbətlərdə bu məsələni qaldırmaqlarından təəccübləndiyini bildirən dövlət başçısı deyib: “Mən heç vaxt Avropa və ya digər liderlərlə danışığımda bizə və ya mənə şəxsən aid olmayan heç bir məsələni müzakirə etmirəm. Mən bu görüşlərdə izah etməyə çalışdım ki, biz qeyri-adi bir iş görməmişik. Fərq ondan ibarətdir ki, bütün milyardlarınıza rəğmən, siz uğursuz oldunuz, biz isə bunu bacardıq. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardıq”.