Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Bütün liderlər mənə Ermənistan haqqında suallar verirdilər” - Prezident

“Bütün liderlər mənə Ermənistan haqqında suallar verirdilər” - Prezident

“Bütün liderlər mənə Ermənistan haqqında suallar verirdilər” - Prezident
2024-07-20 , 11:20

“Bir neçə gün əvvəl Britaniyada, Oksfordşirdə bütün liderlər mənə Ermənistan haqqında, sülh sazişi haqqında suallar verirdilər. Sanki Avropada bütün məsələlər həll edilib və Ermənistan-Azərbaycan məsələsi yerdə qalan yeganə problemdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
Onların bütün söhbətlərdə bu məsələni qaldırmaqlarından təəccübləndiyini bildirən dövlət başçısı deyib: “Mən heç vaxt Avropa və ya digər liderlərlə danışığımda bizə və ya mənə şəxsən aid olmayan heç bir məsələni müzakirə etmirəm. Mən bu görüşlərdə izah etməyə çalışdım ki, biz qeyri-adi bir iş görməmişik. Fərq ondan ibarətdir ki, bütün milyardlarınıza rəğmən, siz uğursuz oldunuz, biz isə bunu bacardıq. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardıq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.