İlham Əliyev: Azərbaycan və Macarıstan strateji tərəfdaşdır

“Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılıb. Hər gün irəli gedirdik, bir addım geri atmamışdıq. Ordumuzda bir dənə də fərari olmayıb. Ermənistan Ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olub ”.
Prezident İlham Əliyev qeyd edib ki, bu müharibə BMT Nizamnaməsinə əsasən aparılıb: “BMT Nizamnaməsinin 51-ci maddəsinə görə hər bir ölkənin özünü müdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik. 2023-cü ildə öz suverenliyimizi bərpa etdik”.