Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev: Azərbaycan və Macarıstan strateji tərəfdaşdır

İlham Əliyev: Azərbaycan və Macarıstan strateji tərəfdaşdır

İlham Əliyev: Azərbaycan və Macarıstan strateji tərəfdaşdır
2025-05-20 , 21:13

Azərbaycan eyni zamanda müharibə aparan ölkə olub, 30 illik işğala son qoyub.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.
“Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılıb. Hər gün irəli gedirdik, bir addım geri atmamışdıq. Ordumuzda bir dənə də fərari olmayıb. Ermənistan Ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olub ”.
Prezident İlham Əliyev qeyd edib ki, bu müharibə BMT Nizamnaməsinə əsasən aparılıb: “BMT Nizamnaməsinin 51-ci maddəsinə görə hər bir ölkənin özünü müdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik. 2023-cü ildə öz suverenliyimizi bərpa etdik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.