“Tramp-Əliyev-Paşinyan görüşü Rusiyaya verilmiş ultimatumla bağlıdır” - Sensasion açıqlama
Hadson İnstitutunun baş elmi əməkdaşı Luk Koffi sensasion açıqlama ilə çıxış edib.“Administrasiyadan yüksək vəzifəli bir məmur mənə dedi ki, bu iki hadisənin eyni vaxta düşməsi təsadüfi deyil. Tramp-Əliyev-Paşinyan görüşü Rusiyaya verilmiş diplomatik ultimatumla birbaşa bağlıdır. Rusiyanın Avrasiya regionundakı təsiri zəifləyir və bu, ABŞ-ın bölgədə diplomatik hücuma keçməsi üçün əlverişli məqamdır”, – deyə Koffi vurğulayıb.
Ekspertin sözlərinə görə, Vaşinqtonun məqsədi Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdırmaq və Moskvanın bu coğrafiyadakı mövqeyini sıxışdırmaqdır.
