Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Tramp-Əliyev-Paşinyan görüşü Rusiyaya verilmiş ultimatumla bağlıdır” - Sensasion açıqlama

“Tramp-Əliyev-Paşinyan görüşü Rusiyaya verilmiş ultimatumla bağlıdır” - Sensasion açıqlama

“Tramp-Əliyev-Paşinyan görüşü Rusiyaya verilmiş ultimatumla bağlıdır” - Sensasion açıqlama
2025-08-07 , 10:32

Hadson İnstitutunun baş elmi əməkdaşı Luk Koffi sensasion açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, o bildirib ki, ABŞ-da sabah baş tutacaq Ermənistan–Azərbaycan görüşü və Trampın Rusiya üçün təyin etdiyi son tarix arasında ciddi əlaqə var.
“Administrasiyadan yüksək vəzifəli bir məmur mənə dedi ki, bu iki hadisənin eyni vaxta düşməsi təsadüfi deyil. Tramp-Əliyev-Paşinyan görüşü Rusiyaya verilmiş diplomatik ultimatumla birbaşa bağlıdır. Rusiyanın Avrasiya regionundakı təsiri zəifləyir və bu, ABŞ-ın bölgədə diplomatik hücuma keçməsi üçün əlverişli məqamdır”, – deyə Koffi vurğulayıb.
Ekspertin sözlərinə görə, Vaşinqtonun məqsədi Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdırmaq və Moskvanın bu coğrafiyadakı mövqeyini sıxışdırmaqdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.