Prezident: Xarici investisiyalar üçün əsas hədəflər müəyyən edilib
Mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici investisiyaların cəlb olunması üçün əsas hədəflərdir.Mədənçiliyin nisbətən yeni sahə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Çünki nadir metallarımızın əksəriyyəti son beş və iki il ərzində Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Hazırda ən müasir texnologiyalardan istifadə etməklə fəal tədqiqat mərhələsindəyik ki, potensialımızı dəqiq müəyyən edək”.
